Pul xərcləmədən yaxşı vaxt keçirməyin 12 yolu
Nə qədər mümkünsüz görünsə də, əslində əylənmək
üçün pul xərcləməyə, yaxud imkanlı olmağa ehtiyac yoxdur. Bir qəpik belə pul xərcləmədən
vaxtınızı dəyərli keçirə bilərsiniz.
Bu dəfə "Gənclərə məsləhət” rubrikamızda pul xərcləmədən
yaxşı vaxt keçirməyin 13 yolunu sizinlə bölüşürük. Məsələn, bu həftə sonu
bunları sınaya bilərsiniz.
1. Film gecəsi: Bir gecəni ailənizlə birlikdə film seyr etməyə həsr
edin. Bu həftə sonu evinizdə komediya filmi festivalı keçirin. Gülmək insanları
xoşbəxt edir. Hələ bunu sevdiklərinizlə birlikdə edirsinizsə, bu, daha da
zövqvericidir.
2. Komanda
oyunuBirlikdən qüvvət doğar. Birinin həyətində, yaxud boş ərazidə dostlarınızla birlikdə oyun oynamaq əsl istirahətdir. Həm aranızdakı münasibət güclənir, həm də enerjinizi faydalı yerə xərcləyirsiniz.
3. Məşq
İdman etmək sağlamlığın açarıdır. İnternetdə müxtəkif
məşq metodları var. Bundan əlavə, piyada yerimək və qaçmaq da seçimlər
arasındadır.
4. Şəkil çəkmək Qələm və kağızdan başqa heç nəyə ehtiyac yoxdur!
Beyninizdəki düşüncələri kağıza tökmək ən böyük istirahətdir.
5.
Fotoqraflıq Kameranız olmasa belə, evinizdə maraqlı guşələr və əşyalar
çəkmək üçün telefonunuzdan istifadə etmək mümkündür. Bunu kənarda edə və ziyarət
etdiyiniz yerlərin gözəl şəkillərini çəkə bilərsiniz!
6. Təmizlik Bəzi insanları təmizlik işləri ilə məşğul olmaq
xoşbəxt edir. Əgər siz də onlardan
birisinizsə, darıxarkən çölə çıxıb pul xərcləmək əvəzinə, evdə təmizlik etməyə
cəhd edə bilərsiniz.
7. Karaoke Səsinizin gözəl olub-olmamağı önəmli deyil. Çox
xoşladığınız bir mahnı varsa və oxumaq istəyirsinizsə, oxuyun!
8. Bloq
yazmaq Yazı insanları rahatlaşdırır, düşündürür, öyrədir və
yaşamadıqlarını yazaraq yaşamağa imkan verir. Yazı yolu ilə düşüncələri ifadə
etmək və digər insanlara çatdırmaq olar. Bu səbəbdən bir bloq açın və yazın.
9. Geyimlərin səliqəyə salınması Qarderobunuzda uzun müddətdir ki, istifadə etmədiyiniz
paltarlar varsa, bu həftə sonu onları səliqəyə salmağa vaxt ayırın. Bəlkə də
onlardan istifadə etmək üçün həll yollarını tapa bilərsiniz. Əgər həqiqətən onu
istifadə edə bilməyəcəyinizi düşünürsünüzsə, ehtiyacı olanlara verin. Qarderobunuzdakı
bu kateqoriya əşyalarınızı daha yaxşı tanımaq üçün fürsətdir.
10. Kitab
oxumaq İçinizdə kəşf etmək istəyi varmı? Kitablar və təyyarə
oxşar vasitələrdir. Hər ikisi də bizi dünyaya aparır. Bu həftə sonu bir kitab
oxumaq istəyərdinizmi? Kitabxanadan kitab götürmək təyyarə bileti almaqdan daha
sərfəlidir.
11. Könüllü
işləmək Kömək etmək sadəcə maddiyatla olmur. Bir təşkilata
gedib orada insanlarla söhbət etmək, kömək etmək və təcrübə qazanmaq mümkündür.
12. Yeni
dadlar üçün mətbəxə keçin
Mətbəxdə yemək bişirməyə çalışın. Yemək resepti
bilməsəniz belə, cəhd edin. Təcrübələrinizi mətbəxdə bölüşün.
Hazırladı: Aygün Əziz