• cümə, 26 Aprel, 14:41
  • Baku Bakı 23°C

Premyer Liqanın rəhbəri dəyişir

08.06.18 13:15 713
Premyer Liqanın rəhbəri dəyişir
İngiltərə Premyer Liqasının icraçı direktoru Riçard Skudamor vəzifəsindən gedəcək.
Kaspi.az xəbər verir ki, o, postunu 2018-ci ilin sonunda tərk edəcək. Skudamor bu vəzifədə 19 ildir ki, işləyir. O, 1999-cu ilin noyabrından Premeyer Liqaya rəhbərlik edir.
58 yaşlı funksionerin rəhbərliyi dövründə Premyer Liqanın yayımından gələn gəlir 900 milyon dollardan 6,9 milyard dollara yüksəlib. Skudamor açıqlama verərək, postunu tərk edəcəyini təsdiqləyib.
O, fəaliyyəti dövründə ona dəstək olan hər kəsə təşəkkürünü də bildirib.
banner

Oxşar Xəbərlər