AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Portuqaliya-Azərbaycan oyunu almaniyalı hakimlər briqadasına tapşırılıb

Portuqaliya-Azərbaycan oyunu almaniyalı hakimlər briqadasına tapşırılıb

İdman
23 Mart 2021, 15:15 1107
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya - Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, matç almaniyalı hakimlərə tapşırılıb. Görüşün baş hakimi Daniel Siebert olacaq. Ona həmyerliləri Jan Seidel və Rafael Foltyn kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Saşa Stegemann olacaq.
Qeyd edək ki, Portuqaliya-Azərbaycan oyunu martın 24-də, İtaliyanın Turin şəhərindəki "Yuventus” stadionunda keçiriləcək.