• cümə, 26 Aprel, 05:12
  • Baku Bakı 16°C

Poqba kimi sevindi, həbs oluna bilər

10.01.18 12:10 825
Poqba kimi sevindi, həbs oluna bilər
Səudiyyə Ərəbistanının "Əl-Hocum” klubunun futbolçusu həbs oluna bilər.
Kaspi.az xəbər verir ki, "Əl-Hocm”un ehtiyat oyunçusu komandasının vurduğu qoldan sonra sevinərkən, yerli qanunları pozmaqda ittiham olunur. O, Səudiyyə Ərəbistanında qadağan olunmuş tərzdə sevinib.
Yerli hakimiyyət hesab edir ki, belə tərzdə sevinmək narkotiklərə bağlılığa işarədir. Bu tərz ilk dəfə 2014-cü ildə ABŞ-da müşahidə olunub.
"Mançester Yunayted”in futbolçusu Pol Poqba da adətən qol sevincini bu tərzdə nümayiş etdirir.
banner

Oxşar Xəbərlər