• cümə, 26 Aprel, 15:05
  • Baku Bakı 23°C

Polşa millisinin baş məşqçisi: "Azərbaycanla oyunda başımızı divara vuracağıq"

09.03.20 15:15 859
Polşa millisinin baş məşqçisi: "Azərbaycanla oyunda başımızı divara vuracağıq"
Qadınlardan ibarət Polşa yığmasının baş məşqçisi Miloş Stempinski
"Ağır oyun olacaq. Rəqib müdafiədə yaxşı təşkilatlanmış komandadır".
"Report"un məlumatına görə, bu fikirləri qadınlardan ibarət Polşa yığmasının baş məşqçisi Miloş Stempinskimartın 11-də Bakıda Azərbaycan millisi ilə keçirəcəkləriAVRO-2021-in seçmə oyunu barədə danışarkən deyib.
35 yaşlı mütəxəssis bildirib ki, səfərdə qol vurmaq çətin olacaq: "Rəqib boş zona verməmək üçün üzərimizə çox gəlməyəcək və bizə müqavimət göstərəcək. Buna görə də qol vurmaq çətin olacaq. Moldova ilə qarşılaşmadan fərqli olaraq,Bakıda 5:0 hesablı qələbə qazanmayacağıq. Başımızı divara vuracağıq".
M.Stempinski ən azı minimal hesablı qələbə üçün sonadək mübarizə aparmalı olduqlarını vurğulayıb: "Qarşıdakı oyunda heyətlə bağlı bir neçədəyişiklik olacaq. Çünki bəzi futbolçularMoldova ilə matçdagözlədiyimdən zəif oyun göstərdilər. İspaniya hücum bölgəsində başla bizdən daha yaxşı oynayır. Evdə Azərbaycan üzərində 4:0 hesablı qələbə qazansalar da, əziyyət çəkdilər. Azərbaycan yığmasınaheç olmasa1 qol vurmaq üçün çox çalışmalıyıq. Qızlara öz qapısından 30 metr məsafədə müdafiə olunanrəqibi udmağın yolunu göstərə bilərəm. Amma komandalar bu məsafəni 15 metrə kimi azaldanda vəziyyət çətinləşir. Bunun üçün kiçik sahədə oynamağı bacarmalısan".
Qeyd edək ki, martın 11-də "ASK Arena"da keçiriləcək Azərbaycan - Polşa oyunu saat 18:00-da başlayacaq.Çexiya, Moldova, Polşa və İspaniya iləbirgə D qrupunda yer alan yığma seçmə mərhələdəki ilk matçında səfərdə pireneylilərə0:4 hesabı ilə uduzub.
banner

Oxşar Xəbərlər