• cümə, 26 Aprel, 18:18
  • Baku Bakı 22°C

Platininin atası yad olundu, Venger futbol oynadı

24.09.18 15:30 627
Platininin atası yad olundu, Venger futbol oynadı
"Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger hələ fiziki cəhətdən yaxşı formada olduğunu sübut edib.
Kaspi.az xəbər verir ki, Venger futbol qarşılaşmasının iştirakçısı olub. Arsen UEFA-nın sabiq prezidenti Mişel Platininin atası Aldo Platininin xatirəsinə həsr olunmuş oyunda meydana çıxıb.
Qarşılaşma Nansi şəhərində keçirilib. Aldo Platini ötən ilin dekabr ayında vəfat edib. Oyundan əldə edilən bütün vəsait xəstə uşaqların müalicəsinə sərf olunacaq.
banner

Oxşar Xəbərlər