• cümə, 26 Aprel, 20:22
  • Baku Bakı 22°C

Pike dedi, Ramos cavab verdi

02.03.20 12:17 917
Pike dedi, Ramos cavab verdi
"Barselona”nın futbolçusu Pike "el klasiko”dan sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Pike ilk hissədə "Real”ın olduqca zəif oynadığını deyib. "Real”ın kapitanı Ramos da ona cavab verib.
Pike: "İlk hissədə "Barsa” oyuna nəzarət etdi. İlk yarıdakı "Real” "Santyaqo Bernabeu”da gördüyüm ən zəif komanda idi.
Mən bunun tənqid olduğunu iddia etmirəm. "Barselona” da yaxşı oynamadı. Amma biz ilk yarıda əlimizə düşən imkanlardan yararlansaydıq, "Real”ın böyük problemləri yaranacaqdı.
Biz yaralanmışıq, amma ölməmişik. Hesab edirəm ki, La Liqanı qazanacaq gücdəyik”.
Ramos: "Əgər Pikenin dediyi ki, ilk yarıdakı oyunumuz "zəifdir” deməkdirsə, onda mən hər "el klasikio”da qalib gəlmək üçün müqavilə bağlamağa hazıram”.
banner

Oxşar Xəbərlər