• cümə, 26 Aprel, 10:45
  • Baku Bakı 12°C

Pepin əsas hədəfi “Real”ın futbolçusudur

25.05.18 11:25 796
Pepin əsas hədəfi “Real”ın futbolçusudur
"Real”ın futbolçusu İsko "Mançester Siti”nin maraq dairəsinə düşüb.
Kaspi.az xəbər verir ki, "Siti”nin baş məşqçisi Xosep Qvardiola hesab edir ki, İsko Çempionlar Liqası üçün komandanı xeyli gücləndirə bilər. Məlumata görə, həmyerlisi Qvardiolanın əsas transfer hədəfidir.
"Şəhərlilər” hesab edirlər ki, İskonun transferini 80 milyon avroya reallaşdıra biləcəklər. Onu da qeyd edək ki, futbolçunun müqaviləsində onun buraxılış kompensasiyası 700 milyon avro göstərilib.
Məlumata görə, "Real”da mütəmadi oynamaq şansı olmayan İsko "Siti”yə keçməyin əleyhinə deyil.
banner

Oxşar Xəbərlər