• cümə, 26 Aprel, 09:59
  • Baku Bakı 12°C

Pepin “Barsa”da yaratdığı atmosferi istəyir

22.05.18 13:10 813
Pepin “Barsa”da yaratdığı atmosferi istəyir
PSJ-nin yeni baş məşqçisi Tomas Tuxel Paris klubunda hansı metodla işləyəcəyi barədə danışıb.
Kaspi.az xəbər verir ki, Tuxel Xosep Qvardiolanın metodundan yararlanacağını bildirib. O, Pepin "Barselona”da yaratdığı atmosferi PSJ-də görmək istəyir:
"Qvardiola mənə çox böyük təsir göstərib. Onun "Barselona”sı mənə xoş təsir bağışlayan komandalardan biri idi. Həmin komandanı böyük həvəslə izləyirdim.
Ona görə də istəyirəm ki, PSJ-də Qvardiolanın "Barsa”da formalaşdırdığı atmosfer olsun”.
Tuxel PSJ-də Unai Emerini əvəz edib. Qvardiola "Barselona”da 2008-2012-ci illərdə işləyib.
banner

Oxşar Xəbərlər