• cümə, 26 Aprel, 10:55
  • Baku Bakı 12°C

Parlamentlərarası futbol turnirində Azərbaycan komandası ikinci olub

08.05.16 18:24 1380
Parlamentlərarası futbol turnirində Azərbaycan komandası ikinci olub
Türkiyənin Antalyada şəhərində Azərbaycan, Türkiyə, Ukrayna və Polşanın iştirakı ilə parlamentlərarası futbol turniri keçirilib.
Turnirin açılış mərasimində iştirakçı ölkələrin, o cümlədən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Terrorun pislənməsi şüarı altında keçirilən turnirin açılış mərasimindən sonra yarışlara start verilib.
İlk olaraq Türkiyə Böyük Millət Məclisi ilə Ukrayna Ali Radasının komandaları güclərini sınayıblar. Qonaqlardan üstün oyun nümayiş etdirən Türkiyə parlamentariləri 6:1 hesabı ilə qələbə qazanıblar.
Yarışın birinci günü Azərbaycan və Polşa parlamentlərinin komandaları meydançaya çıxıblar. Azərbaycan Milli Məclisini təmsil edən komanda Polşa parlamentinin komandası ilə qarşılaşmada qalib gələrək finala vəsiqə qazanıb.
Turnirin ikinci günü Azərbaycan və Türkiyə komandaları arasında final görüş olub. Komandamız 1:2 hesabı ilə ikinci yerlə kifayətlənib.
Qeyd edək ki, turnirin formatına uyğun olaraq komandalara millət vəkilləri ilə yanaşı, parlament aparatlarının əməkdaşları da daxil ediliblər.
banner

Oxşar Xəbərlər