Parisdən gedə biləcəyinə işarə verdi
PSJ-nin
futbolçusu Kilian Mbappe komandanı tərk edə bilər.
Kaspi.az xəbər
verir ki, Mbappe Fransa çempionatının ən yaxşı futbolçusu seçilib. O,
mükafatlandırma mərasimində çıxış edərkən PSJ-ni tərk edə biləcəyinə işarə
vurub:
"Bu, mənim üçün
olduqca vacib məqamdır. Hesab edirəm ki, karyeramda birinci və ya ikinci ən həlledici
məqama yaxınlaşmışam.
Burda çox şey
öyrəndim. İndi isə hesab edirəm ki, artıq məsuliyyəti üzərimə götürmək
vaxtıdır. Bu, PSJ-də də ola bilər. Burda olduğum üçün şadam. Ancaq başqa bir
layihədə də yer ala bilərəm”.
Mbappe PSJ-də
207-ci ildən çıxış edir. O, iki mövsümdə 2 dəfə Fransa çempionu olub.