AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Orta təhsilini tamamlayacaq, valideynləri dəng edib

Orta təhsilini tamamlayacaq, valideynləri dəng edib

İdman
03 İyul 2020, 11:15 282
"Yuventus”un qapıçısı Canluici Buffon karyerasını bitirdikdən sonrakı planları barədə danışıb. 
 
Kaspi.az xəbər verir ki, Buffon ailəsinə və təhsilinə vaxt ayıracağını bildirib. O, orta təhsilini tamamlamaq niyyətində olduğunu vurğulayıb: 
 
"Futboldan ayrılandan sonra bir il yaradıcılıq məzuniyyəti götürəcəyəm. Özümə və ailəmə vaxt ayıra bilərəm. 
 
Orta məktəbdə təhsilimi də bitirməyi planlaşdırıram. 30 ildir ki, valideynlərim bununla bağlı beynimi dəng ediblər”. 
 
42 yaşlı Buffon "Yuventus”la müqaviləsini gələn ilin yayına qədər uzadıb.