• cümə axşamı, 28 mart, 16:58
  • Baku Bakı 16°C

OPEC: Neft bazarında sabitliyin bərpası üzrə tədbirləri davam etdirmək vacibdir

03.03.21 11:15 435
OPEC: Neft bazarında sabitliyin bərpası üzrə tədbirləri davam etdirmək vacibdir
OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) Baş katibi Məhəmməd Barkindo qlobal neft bazarında sabitliyin bərpası istiqamətində kursun davam etdirilməsinin vacib olduğunu bildirib.
"APA-Economics"in OPEC-ə istinadən verdiyi məlumata görə, M. Barkindo qlobal neft bazarının və ümumiyyətlə dünya iqtisadiyyatının yaxşılaşan perspektivlərini qeyd edib: "Qlobal iqtisadiyyatın və neft bazarının perspektivləri davamlı inkişaf əlamətlərinin göstəricisidir. Keçən ildən bəri uzun bir yol qət etdik. ÜDM-in və neft tələbatının pandemiya ilə bağlı şok səbəbindən mənfi olduğu günlər geridə qalmış kimi görünür".
M. Barkindonun sözlərinə görə, neftə olan gündəlik tələbatın 5,8 mln. barel (təxmini 96 mln. barelədək) artması davam edir.

banner

Oxşar Xəbərlər