Onu iyunun 30-na qədər satmasalar...
UEFA
PSJ-də maliyy feyr-pleyi ilə bağlı araşdırmaları davam etdirir.
Kaspi.az
xəbər verir ki, Avropanın ali futbol qurumu hazırda sponsor müqavilələrini
yoxlayır. "Le Parisien” nəşrinin iddiasına görə, PSJ iyunun 30-na qədər ən azı
bir futbolçunu satmağa məcburdu.
Əks
halda, Paris klubu maliyyə feyr-pleyini pozmuş olacaq. Məlumata görə, klub rəhbərliyi
Qonsala Quedeşanı satmaq niyyətindədir.
Bu
futbolçu hazırda icarə əsasında "Valensiya”da çıxış edir. PSJ ona görə 40 milyon
avro tələb edir. Ancaq futbolçunun qiymətinin bahalaşa biləcəyi də istisna
edilmir.
Quedeş
cari mövsümdə "Valensiya”da 33 oyun keçirib, 5 qol vurub, 10 qol ötürməsi edib.