Onu da “Şərəf zalı”na daxil etdilər
"Roma”nın əfsanələrindən
hesab olunan Françesko Totti İtaliya futbolunun "Şərəf zalı”na daxil edilib.
Kaspi.az xəbər
verir ki, Totti "Roma”nın "Şərəf zalı”na daxil edilən 3-cü yetirməsidir. Buna qədər
bu statusa Amedeo Amadei və Qipo Viani layiq görülmüşdülər. Totti məsələyə belə
münasibət bildirib:
"Bu, mənim üçün
gözəl gündür. Məni bu şərəfə layiq görən hər kəsə minnətdaram. Hesab edirəm ki,
bu məsələdə əsas rolu 2006-cı ildə dünya çempionu olmağım oynayıb”.