Onu bir sözlə belə ifadə edərdilər: Əclaf
"Mançester
Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo karyerası barədə danışıb.
Kaspi.az xəbər
verir ki, Mourinyo indiyə qədər karyerası ərzində qazandıqlarını qənaətbəxş
hesab etdiyini bildirib. O, Londona qayıtdığını da etiraf edib:
"Mən Londona
qayıtmışam. Ancaq bu o demək deyil ki, növbəti iş yerim məhz Premyer Liqada olacaq. Titullar gələcək
uğurların təminatçısıdır.
Kimlərsə bunu
unutdurmağa çalışırsa, əbəs yerə əziyyət çəkirlər, heç nə alınmayacaq. Son
titulumu il yarım əvvəl Avropa Liqasında qazanmışam. Ancaq bəzilərinə elə gəlir
ki, bunun üstündən 20 il keçib.
İndi gələcəyə
hazırlaşıram. Oyunçular məni bir sözlə necə ifadə edərdilər? Kimlərsə məni "əclaf”
adlandırardı. Ancaq onlar həm də məni seçirlər ki, qalib gəlsinlər. Mən birbaşa deyirəm: "Əgər qalib gəlmək istəyirsinizsə,
onda danışıqlara başlaya bilərik”.