Onu almaq istəyən 750 milyon avro ödəməlidir
DÇ-2018-də
Xorvatiya yığmasının heyətində möhtəşəm oyun sərgiləyən Luka Modriçlə bir neçə
klub maraqlanır.
Kaspi.az xəbər
verir ki, Modriçə görə, "Real”ın fantastik təkliflər aldığı da bildirilir.
"Kral klubu”nun prezidenti Florentino Peres məsələ ilə bağlı açıqlama verib. O,
Modriçin satış qiymətini də bəyan edib:
"Modriç
komandadan yalnız bir halda gedə bilər. Onu almaq istəyən klub 750 milyon avro
ödəməlidir”.
Söz-söhbətə görə,
Modriçin "İnter”ə keçmə ehtimalı yüksəkdir. "İnter”in futbolçusu Martselo
Brozoviç sosial şəbəkədə yazmışdı ki, Modriçin keçidi həll olunub. Ancaq o,
daha sonra yazdığını səhifədən silməli oldu.
Modriç
DÇ-2018-in ən yaxşı futbolçusu seçilib.