• cümə, 26 Aprel, 17:46
  • Baku Bakı 23°C

“Onların erasının başa çatması çox yaxşıdır”

25.09.18 13:25 498
“Onların erasının başa çatması çox yaxşıdır”
Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker Luka Modriçin dünyanın ən yaxşı futbolçusu seçilməsinə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Şuker Messi ilə Ronaldonun mükafatlandırma mərasiminə qatılmamaqları haqda da danışıb. O, Messi ilə Ronaldo erasının başa çatmasını alqışladığını vurğulayıb:
"Mən bu gecənin ruhuna xələl gətirmək istəmirəm. Ona görə də sərt danışmayacağam. Amma fikirlərimi bir müddət sonra açıqlayacağam.
Həyat daimi qələbələrdən ibarət deyil. Məğlub olduğun vaxt da hörmət göstərməyi bacarmalısan. Nəhayət ki, Messi və Ronaldo erası başa çatdı. Bu, futbol üçün çox yaxşıdır.
Modriçin bütün il boyu etdiklərini nəzərə alsaq, bu mükafata layiq idi”.
banner

Oxşar Xəbərlər