• cümə, 26 Aprel, 23:08
  • Baku Bakı 22°C

“Ona etdiyim hörmətin yarısını mənə etsə, dost olarıq”

26.04.18 13:20 690
“Ona etdiyim hörmətin yarısını mənə etsə, dost olarıq”
"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo "Arsenal”ın çalışdırıcısı Arsen Vengerlə münasibətlərindən danışıb.
Kaspi.az xəbər verir ki, Mourinyo Vengerlə münasibətləri qaydasına salmağa hazır olduğunu deyib. Ancaq o, bunun üçün fransız mütəxəssisin ona hörmət etməli olduğunu da vurğulayıb:
"Əgər Arsen ona olan hörmətimin yarısını mənə etsə, onda biz dost ola bilərik. Mən ona böyük hörmət bəsləyirəm.
Son illərdə bu hörmətimi nümayiş etdirməyə çalışmışam. Daha onunla aramızda münaqişə yaşanmır. Münaqişə yaşadığımız anlar karyeramın başqa dönəmi idi.
Aleks Ferqyuson MY-dən gedəndə çox təəssüflənmişdim. İndi isə başqa bir ikona Premyer Liqanı tərk edir”.
banner

Oxşar Xəbərlər