Ona da çatdı, daha bir oyun və...
İtaliya
çempionatının 10-cu turunda "Ceno” ilə qarşılaşmada "Yuventus”un qapısını
Canluici Buffon qoruyub.
Kaspi.az xəbər
verir ki, "Yuve”nin 2:1 hesablı qələbəsi ilə başa çatan bu oyun Buffon üçün əlamətdar
olub.
O, Turin nəhənginin
heyətində 53-cü oyununu keçirib. Canluici bu göstəricidə komandanın sabiq
hücumçusu Alessandro Del Pyeroya çatıb.
Buffon daha bir
qarşılaşma çıxsa, bu göstəricidə klubun rekordçusu olacaq. O, cari mövsüm
"Yuve”nin heyətində 4 oyun keçirib.