• çərşənbə, 24 Aprel, 11:51
  • Baku Bakı 13°C

“Oğlumla çox şeyi yenidən kəşf edirəm” - Mənim balam

12.06.20 12:00 8587
“Oğlumla çox şeyi yenidən kəşf edirəm” - Mənim balam
Pərvin Məmmədova: Əgər bir qadın xoşbəxt deyilsə, övladını heç bir zaman xoşbəxt edə bilməz
Onu hər zaman iş prosesində görürük. Media ilə mütəmadi olaraq çalışır, ünvanladığımız sualları cavablandırır, bizi proseslə daha yaxından tanış edir. "Mənim balam” rubrikamızın qonağı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibiPərvin Məmmədovadır. Pərvin xanımı bu dəfə ana kimi yaxından tanımağa çalışdıq. Gördüyümüz qədəri ilə, həssas anadır, özünəməxsus tərbiyə metodikası var. Həyata baxışı, dünyagörüşü, övladı ilə münasibəti standart ana-övlad müstəvisində deyil.

Mövzu övladıdırsa, onun danışmağa çox sözü var. Övladından danışanda gözlərinin içi parıldayır. Bu yaxınlarda 8 yaşını tamamlayan oğlu Emir onun gələcəyi, arzuları, xəyalları, ümidi, hər şeyidir. Bunu sözlərində ifadə etməsə də, gözləri onu ələ verir.

- Pərvin Məmmədovanı ana kimi necə xarakterizə edərdiniz?
- Necə ana olduğumu oğlum daha yaxşı deyə bilər. Mən yalnız bir ana kimi istəyimi, gözləntilərimi səsləndirə bilərəm. Bir qədər tələbkaram və bu tələbkarlığı ifrat dərəcəyə çatdırmayan analardanam. Hər birimiz uşaq olmuşuq və yaşamımız boyunca müəyyən çətinliklərlə üzləşmişik. İndi bizdən bir parça olan övladımızı yetişdirmək üçün həmin yolu yenidən qət etməliyik. Yeni bir insan yetişdirərkən daha həssas olmağa çalışıram. Özümü bir fərd kimi yetişdirərkən harda səhv etdiyimi, düzgün qərar vermədiyimi düşünürəmsə, onları övladıma tətbiq etmirəm. Mən bunu özüm istəyirəm deyə, analıq eqoizmi edə bilmərəm. Övladımla bağlı istəklərimi dilə gətirirəm, ancaq heç vaxt onu nəyisə məcbur etmirəm.

banner

Oxşar Xəbərlər