• cümə, 26 Aprel, 17:28
  • Baku Bakı 23°C

Oğlu əzəli rəqibə azarkeşlik edir, hipnozçu axtarır

04.04.19 10:45 638
Oğlu əzəli rəqibə azarkeşlik edir, hipnozçu axtarır
London sakinlərindən biri Bark.com saytında diqqətçəkən elan yerləşdirib.
Kaspi.az xəbər verir ki, valideyn 6 yaşlı oğlunu xilas etmək üçün hipnozçu axtarır. Məsələ burasındadır ki, valideyn "Arsenal” azarkeşidir. Onun oğlu isə əzəli rəqib "Tottenhem”ə simpatiya bəsləyir.
Bundan narahat olan valideyn, oğlunu "Tottenhem” azarkeşliyindən xilas edəcək hipnozçuya 3 min funt verməyə hazırdır. Ata onu da etiraf edib ki, bu məsələdə uşağın anasının mövqeyini öyrənməyib: "Üzrxahlıq etmək daha asan olar, nəinki icazə almaq”.
banner

Oxşar Xəbərlər