O model yenə də meydana girmək istəyib
Çempionlar Liqasının finalında meydana daxil olan amerikalı model
Kinsi Volanski yenə də diqqət mərkəzinə düşüb.
Kaspi.az xəbər verir ki, Volanski Amerika kubokunun finalında da
meydana daxil olmağa cəhd göstərib. Ancaq o, istəyini reallaşdıra bilməyib və
stadionun mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Model bununla
bağlı belə yazıb:
"Etiraf edirəm, Amerika kuboku, sən qalib gəldin. Braziliyaya uçdum,
geyindim və hadisə yerinə gəldim. Ancaq mühafizə xidmətinin 20 əməkdaşı bizi
saxladı. Artıq sərbəst buraxılmışıq və Braziliyada istirahətdən həzz alırıq”.
Qeyd edək ki, Volanski ÇL-in finalında meydana daxil olduğu üçün 15
min avro cərimə edilib.