O, bu həftə istefaya gedəcək
"Everton”un baş
məşqçisi Sem Ellerdays istefaya göndəriləcək.
Kaspi.az xəbər
verir ki, Ellerdyasın "Everton” azarkeşləri ilə münasibətləri qaydasında deyil.
Fanatlar onun istefasını tələb edirlər.
Məlumata görə,
mütəxəssis klub rəhbərliyi ilə görüş planlaşdırıb. Bu görüşdən sonra - həftənin
sonuna qədər onun istefaya göndəriləcəyi gözlənilir.
Ellardaysı bu
postda Mark Silva əvəz edəcək. "Everton” onunla hələ ötən ilin payızında
anlaşmaq istəyirdi. Ancaq həmin vaxt Silvanı "Uotford” buraxmadığı üçün,
Ellardaysla müqavilə bağlanmışdı.
Bundan bir qədər
sonra isə Silva da "Uotford”dan istefaya göndərilmişdi. "Everton” mövsümü 49
xalla 8-ci pillədə başa vurub.