• cümə, 26 Aprel, 08:12
  • Baku Bakı 12°C

Nistelroy Ronaldonu söydüyünə görə qovulub

25.09.17 13:50 1356
Nistelroy Ronaldonu söydüyünə görə qovulub
Van Nistelroyun "Mançester Yunayted”i tərk etməsinin səbəbi bəlli olub.
Kaspi.az xəbər verir ki, Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyerin müşaviri Alasteyr Kempbell avtobioqrafik kitabında Nistelroyun MY-ni Ronaldo ilə münaqişə ucbatından tərk etdiyini yazıb. Alasteyr futbola çox yaxın adam olub:
"Aleks Ferqysuon deyirdi ki, 2006-cı ildə Nistelroyla nə edəcəyini bilmirmiş. Hollandiyalı həddindən artıq eqoist davranırmış.
Van Nistelroyun Ronaldonu təhqir etməsi isə onun komandanı tərk etməsilə nəticələnib. Nistelroy Ronaldoya "sənin yeni atanı tapmışam” deyib. Özü də hollandiyalı bu sözləri Ronaldonun atasının ölümündən az müddət sonra deyib.
Bir müddət sonra o, bu sözlərinə görə, Ronaldodan üzr istəyib. Ancaq portuqaliyalı onun üzrünü qəbul etməyib. Bu hadisədən sonra Ferqyuson onun komandadan göndərilməsi barədə qərar verib”.
Nistelroy 2006-cı ildə MY-dən "Real”a keçib. O, "kral klubu”nda keçirdiyi 4 mövsüm ərzində 95 qol vurub. Nistelroy karyerasını 2012-ci ildə bitirib.
banner

Oxşar Xəbərlər