Neymarın 36 evinə həbs qərarı çıxarıldı
PSJ-nin və
Braziliya yığmasının futbolçusu Neymar çətin günlər yaşayır.
Kaspi.az xəbər
verir ki, milinin oyununda zədələnən futbolçu daha bir xoş olmayan məlumatı məhkəmədə
n alıb. Braziliya məhkəməsi Neymarın 36
daşınmaz əmlakına həbs qərarı verib.
Futbolçu vergiləri
ödəmədiyi üçün ittiham olunur. Neymnarın San-Pauludakı 3 min kvadrat metrlik
iki mənzili də həbs alıtına düşüb. Bu mənzillərin dəyərinin 10 milyon avro
olduğu bildirilir.
Neymar həbs qərarı
çıxarılan mənzilləri sata bilməz, amma
onlardan istifadə edə bilər. Hakimiyyət məsələni bağlamaq üçün Neymardan 15,6
milyon avro tələb edir. Vəkil isə bu məbləği 2,6 milyon avroya qədər endirməyə
çalışır.
Neymar
"Barselona”ya keçidi zamanı vergidən yayınmaqda da ittiham olunmuş və buna görə
42,5 milyon avro ödəməli olmuşdu.