• cümə, 26 Aprel, 23:13
  • Baku Bakı 22°C

Neymar ittihamlardan qurtuldu

30.07.19 10:27 4893
Neymar ittihamlardan qurtuldu
PSJ-nin futbolçusu Neymarın üzərindən zorlama ilə bağlı ittiham götürülüb.
Kaspi.az xəbər verir ki, məsələ ilə bağlı araşdırma yekunlaşıb. Polis zorlama ilə bağlı yetərli faktların olmadığını əsas gətirərək, Neymarın üzərindən ittihamı götürüb.
Qeyd edək ki, Neymarı zorlamada model Najil Trindadi ittiham edirdi. O, idda edirdi ki, Neymarın mayın 15-də Parisdə ona cinsi təcavüz edib.
Neymar isə bu ittihamları rədd edirdi. O, bildirmişdi ki, cinsi əlaqə qarşılıqlı razılıq əsasında olub.
banner

Oxşar Xəbərlər