• cümə, 26 Aprel, 06:55
  • Baku Bakı 12°C

Neymar ad gününü qeyd etdi, Ronaldo da gəldi

05.02.18 10:25 817
Neymar ad gününü qeyd etdi, Ronaldo da gəldi
PSJ-nin futbolçusu Neymarın 26 yaşı tamam olub.
Kaspi.az xəbər verir ki, Neymar doğum gününü təntənəli şəkildə qeyd edib. O, tədbirə təxminən 150 nəfər dəvət edib.
Təbii ki, dəvətlilər arasında PSJ-nin futbolçuları və baş məşqçi Unai Emeri də olub. Braziliya futbolunun əfsanəsi Ronaldo da dəvətlilər arasında olub.
PSJ-nin futbolçusu Kilian Mbappe əlində hədiyyə mərasimin keçirildiyi yerə gələrkən jurnalistlərin fotoaparatına tuş gəlib. Mərasim zalından da bir neçə şəkil əldə etmək mümkün olub.
PSJ Fransa çempionatının 24-cü turunda "Lill”ə 3:0 hesabı ilə qalib gəlib. Qollardan birini isə Neymar vurub.
banner

Oxşar Xəbərlər