AZE | RUS | ENG |


“Neftçi” ukraynalı futbolçu ilə müqavilə bağlayır

“Neftçi” ukraynalı futbolçu ilə müqavilə bağlayır
Qış fasiləsinin ən fəal komandası olan "Neftçi” növbəti transferini həyata keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Donetsk "Olimpik”inin müdafiəçisi Kirill Petrovla anlaşıb.
 
26 yaşlı oyunçu "Neftçi”yə havayı başa gəlib. Çünki Ukraynanın gənclər millisinin sabiq kapitanı "Olimpik”lə yollarını ayırıb. Belə ki, Donetsk təmsilçisi bu gün rəsmi saytı vasitəsilə qarşılıqlı razılıq əsasında Petrovun müqaviləsinə xitam verildiyini bəyan edib.
 
Kiyev "Dinamo”sunun yetirməsi artıq bu gün "Neftçi”nin düşərgəsinə qatılacaq. Belə ki, Antalyaya yollanacaq oyunçunun axşam saatlarında rəsmi müqaviləyə qol çəkib, məşqlərə qoşulması gözlənilir. Tərəflər arasında il yarımlıq müqavilənin imzalanması razılaşdırılıb.
 
Kirill Petrov "Neftçi”nin Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext və İqnasio Erreradan sonra 5-ci transferi olub.
 
Qeyd edək ki, Ukraynanın U-19 və U-21 yığmalarında çıxış etmiş Kirill Petrov yerli "Dinamo”, "Krivbass”, "Hoverla”, "Arsenal”, "Olimpik”lə yanaşı, Polşanın "Korona” və Qazaxıstanın "Ordabası” klublarının formasını geyinib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6793
GBP 1 İngilis funt sterlinqi 2.1725
TRY 1 Türk lirəsi 0.4843
KWD 1 Küveyt dinarı 5.7229
SEK 1 İsveç kronu 0.1929
EUR 1 Avro 1.8505
CHF 1 İsveçrə frankı 1.7335
USD 1 ABŞ dolları 1.7475