• cümə, 26 Aprel, 22:02
  • Baku Bakı 22°C

“Neftçi” – “Qarabağ” matçının başlama saatı açıqlandı

24.02.14 14:36 1107
“Neftçi” – “Qarabağ” matçının başlama saatı açıqlandı
Futbol üzrə Topaz Premyer Liqasında XXIV turun proqramı açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, fevralın 28-də keçiriləcək oyunlar içərisində ən diqqətçəkəni “Neftçi” – “Qarabağ” matçı olacaq.
Flaqman bu görüşdə qalib gələ bilməsə, çempionluq yolunda daha bir zərbə alacaq. Açılış oyununda isə qış fasiləsindən sonra uduzmayan “Bakı” ilə ötən tur “Neftçi”ni yenmiş “Sumqayıt” üz-üzə gələcək. Daha bir məğlubedilməz komanda – “İnter” isə “Xəzər Lənkəran”ın qonağı olacaq. Şimal-Qərb derbisində “Simurq”la “Qəbələ” üz-üzə gələcəksə, tura “Rəvan” və AZAL arasındakı paytaxt derbisi ilə yekun vurulacaq.
28 fevral (cümə)
14:00. “Bakı” – “Sumqayıt”
“Bakı” klubunun təlim-məşq bazasının stadionu
15:00. “Simurq” (Zaqatala) – “Qəbələ”
Zaqatala şəhər stadionu
16:00. “Xəzər Lənkəran” – “İnter” (Bakı)
“Xəzər Lənkəran” mərkəzi stadionu
17:00. “Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam)
Bakı, “Bakcell Arena”
19:00. “Rəvan” (Bakı) – AZAL (Bakı)
Bakı, “Bayıl Arena”.
banner

Oxşar Xəbərlər