Narkobaron Eskobar futbolçulara qarşı terror aktı planlaşdırıbmış
Kolumbiyalı
narkobaron Pablo Eskobar hazırda Peru yığmasına başçılıq edən argentinalı məşqçi
Rikardo Qarekini öldürmək üçün terror aktı planlaşdırıbmış.
Kaspi.az xəbər
verir ki, bu barədə məlumatı Perunun "El Popular” nəşrinə verdiyi açıqlamada
narkobarona işləmiş killer Con Hayre Velaskes verib. Eskobar terror aktını ötən
əsrin 80-ci illərində planlaşdırıb.
Qareka
1985-88-ci illərdə Kolumbiyanın Kali şəhərini təmsil edən "Amerika” klubunda
çıxış edib. Həmin vaxt Eskobarla Kali narkobaronları arasındakı münasibət ən gərgin
həddə olub.
1988-ci ildə Eskobarın
evinin yaxınlığında avtomobil partladılıb. Buna cavab olaraq, Medelin
kartelinin rəhbəri Kali kartelindən intiqam almağı planlaşdırıb. O, Kali təmsilçisi
"Amerika”nın futbolçularının avtomobilini partlatmağı planlaşdırıb. Onun əsas hədəfi
isə Rikardo Qareki olub.
Ancaq narkobaron
bu planından imtina edib. Killerin dediyinə görə, Eskobar daha əvvəl, onunla əməkdaşlıqdan
imtina etdiyi üçün "Amerika”nın futbolçusu Pedro Sarmentonun ailəsini
öldürmüşdü. Ancaq buna baxmayaraq, Pedro onunla əməkdaşlığa razılaşmayıb.
Pedro Sarmento
hazırda Kolumbiya televiziyasında şərhçi kimi çalışır.