• cümə, 26 Aprel, 10:04
  • Baku Bakı 12°C

Mustafa Dənizli özəl təyyarə ilə Türkiyəyə aparıldı

03.02.14 15:13 1320
Mustafa Dənizli özəl təyyarə ilə Türkiyəyə aparıldı
“Xəzər Lənkəran” futbol klubunun baş məşqçisi Mustafa Dənizli səhhətində yaranan problemlər səbəbindən özəl təyyarə ilə İstanbula göndərilib. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, türkiyəli mütəxəssis komanda ilə birlikdə məşq etdiyi oteldə rahatsızlaşaraq Bakıda Mərkəzi Gömrük xəstəxanasına yerləşdirilmişdi.
Təcrübəli məşqçı buradakı müayinələrdən sonra “Xəzər Lənkəran”ın özəl təyyarəsi ilə sabah saatlarında İstanbula aparılıb. Klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlunun verdiyi açıqlamaya görə, Mustafa Dənizlinin sağlıq durumu yaxşıdır və o müayinə olunmaq niyyəti ilə İstanbula göndərilib.
banner

Oxşar Xəbərlər