AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Müller Portuqaliyanı darmadağın etdi

Müller Portuqaliyanı darmadağın etdi

İdman
17 İyun 2014, 08:41 835
G qrupunda əsas matçı hesab edilən Almaniya və Portuqaliya arasındakı görüş bu günə təsadüf edib. Bu qarşılaşma ABŞ millisinin baş məşqçisi Yürgen Klinsmannın məsləhətçisi olan Berti Foqtsun da diqqət mərkəzində olub. Bu 2 Avropa komandası indiyədək yaşıl meydanlarda 17 dəfə üz-üzə gəlib. Qarşılaşmaların 9-da almanlar, 3-də isə portəkizlər qələbə qazanıb. 5 matçda isə heç-heçə qeydə alınıb. Top fərqində də Almaniya üstündür – 25:16.

Almaniya bugünkü oyunda da qələbə qazanıb. Almanlar turnirdə heç də sonuncu yerdə sayılmayan Portuqaliyanın qapısından 4 qol keçiriblər. Bu toplardan 3-nü Tomas Müller vurub. Oyunda 1 penalti təyin olunub, 1 qırmızı vərəqə göstərilib./apasport/

G qrupu
Almaniya – Portuqaliya - 4:0
Qol: Müller, 12 (penalti); 45; 78; Hummels, 32
Qırmızı vərəqə: Pepe, 37
Hakim: Milorad Majiç (Serbiya)
Salvador. “Fonte-Nova” stadionu

Almaniya: 1.Noer, 4.Hövedes, 5.Hummels, 6.Xedira, 8.Özil,13. Müller,16.Lam (k), 17.Mertesaker, 18.Kroos, 19.Götze, 20.Boatenq
Baş məşqçi: Yoahim Löv
Portuqaliya: 12.Patrisio, 2.B.Alves, 3.Pepe. 4.Miqel, 5.Koentrao, 7.Ronaldo (k), 8.Moutinyo, 9.Almeyda, 16.Meireles, 17.Nani, 21.Pareyra
Baş məşqçi: Paulo Banto