• şənbə, 27 Aprel, 05:26
  • Baku Bakı 14°C

MTRŞ: Efirin toyxanaya çevrilməsi tendensiyası davam edir

24.10.16 15:29 1018
MTRŞ: Efirin toyxanaya çevrilməsi tendensiyası davam edir
Milli Televiziya və Radio Şurası (MTRŞ) "Space” telekanalında yayımlanan "Bu maraqlıdır” verilişində baş verənlərə münasibət bildirib.

MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiriTəvəkkül DadaşovAPA-ya açıqlamasında deyib ki, "Bu maraqlıdır” verilişində hər hansı qanun pozuntusu olmasa da,verilişdə baş verənlər efirin toyxanaya çevrilməsi tendensiyasının davam etdiyini göstərir: "Bu tipli verilişlər xüsusilə "Space”də çoxdur. Hər dəfə bu mövzuda irad bildirəndə, yayımçılar, o cümlədən "Space”, reytinqi bəhanə gətirir. Teleradio məkanımızda bu mövsüm ciddi reytinq yarışı hiss olunur. Bunun da fəsadları göz önündədir”.

Qeyd edək ki, "Space” telekanalının efirində yayımlanan "Bu maraqlıdır” verilişində toy səhnəciyi qurulub, aparıcı tamaşaçılarla birlikdə ayaqyalın rəqs edib.
banner

Oxşar Xəbərlər