• cümə, 26 Aprel, 15:17
  • Baku Bakı 23°C

Mourinyonun ironik xoşbəxtliyi

27.07.18 10:55 700
Mourinyonun ironik xoşbəxtliyi
"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo "Liverpul”un çalışdırıcısı Yurgen Kloppun transfer siyasətinə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Mourinyo Kloppun transfer siyasətinin dəyişdiyini və buna görə sevindiyini deyib. Bu ironiyalı cavabla, o, Kloppun 2 il əvvəl dediklərini xatırladıb:
"Əgər sənin pulun varsa və ondan düzgün yatırım etməyi bacarırsansa, onda bu, vəsaiti banka qoymaqdan yaxşıdır. Ona görə ki, bankın verdiyi faiz olduqca aşağıdır.
Maraqlıdır ki, bəzi insanlar artıq transfer siyasətini dəyişiblər, futbolçu almaq üçün daha çox pul xərcləyirlər. Buna görə xoşbəxtəm. Düşüncə dəyişir, bu da təbiidir.
Bəlkə bu mövsüm siz "Liverpul”dan qələbə tələb edəsiniz? Mən hesab edirəm ki, siz düzgün davranmalı və edilən bahalı transferlərə görə, "Liverpul”dan Premyer Liqada qələbə tələb etməlisiniz”.
2016-cı ildə MY Poqbanı transfer etdikdə, Klopp bu qədər pul xərcləməyin mənasız olduğunu bildirmişdi. Ancaq indi "Liverpul” bahalı transferlər edərkən, Yurgen bunu "zamanın tələbi” adlandırıb.
banner

Oxşar Xəbərlər