• cümə, 26 Aprel, 16:28
  • Baku Bakı 23°C

“Mourinyo futbolda gözəllik yox, düşmən axtarır”

21.11.18 11:20 668
“Mourinyo futbolda gözəllik yox, düşmən axtarır”
"İnter”in sabiq futbolçusu Tyaqo Motta Joze Mourinyo ilə çalışdığı dönəmdən danışıb.
Kaspi.az xəbər verir ki, Motta Mourinyonu intriqabaz adam kimi xarakterizə edib. O, Jozenin daim düşmən axtardığını vurğulayıb:
"Mourinyonun iki tərəfi var. O, qələbə qazananda çox xoşbəxtdir, məğlub olanda isə qəzəbli. Əgər komanda yaxşı oynayıb, amma məğlub olubsa, Joze pozitiv heç nə tapa bilməyəcək. Yox, pis oynayıb, qalib gəlibsə, hər şey qaydasında olacaq.
O, futbolda gözəllik yox, düşmən axtarır. Əgər düşmən yoxdursa, Mourinyo onu yaradacaq. Xatırlayıram, "İnter” 11 xal fərqi ilə lider idi. Bir oyunda uduzduq, birində isə heç-heçə etdik. Bundan sonra Mourinyo mətbuat konfransı keçirib hamını ittiham etdi: Qallianini, "Roma”nı, "Yuventus”u, hakimləri. Ona, atmosferi təzələmək lazım idi”.
Mourinyo "İnter”ə 2008-2010-cu illərdə rəhbərlik edib.
banner

Oxşar Xəbərlər