• cümə, 26 Aprel, 20:11
  • Baku Bakı 22°C

Mourinyo “düşmən”in adı olan formanı imzaladı

19.01.18 11:35 964
Mourinyo “düşmən”in adı olan formanı imzaladı
İtaliya televiziyasında yayımlanan "1 Le Iene” satirik şousunun aparıcıları Alessandro Onnis və Stefano Korti "Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo ilə qısa görüş barədə razılıq əldə ediblər.
Kaspi.az xəbər verir ki, görüş zamanı aparıcılar Mourinyoya italyan mütəxəssis Antonio Konte ilə münaqişə barədə suallar veriblər. Görüşün sonunda onlar Mourinyodan xahiş ediblər ki, "Mançester Yunayted”in formasını imzalasınlar.
Portuqal mütəxəssis 1 nömrəli formanın arxasında Antonio Kontenin adının yazıldığını görməyərək, imza atıb. O, bundan xəbər tutduqda isə qəzəblənməyib, əksin, forma ilə şəkil də çəkdirib.
banner

Oxşar Xəbərlər