• cümə, 26 Aprel, 14:14
  • Baku Bakı 23°C

Mini futbol turnirinə start verilir

17.04.14 14:00 1403
Mini futbol turnirinə start verilir
Aprelin 19-da “AtaBank”nın dəstəyi ilə “AtaHolding” Şirkətlər Qrupunun və “Sinerji” Şirkətlər Qrupunun əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi mini futbol turniri start götürəcək.
Yarışda müxtəlif adlarda AtaHolding Şirkətlər Qrupuna və “Sinerji” Şirkətlər Qrupuna daxil olan şirkətlərin futbol komandaları qüvvələrini sınayacaqlar. Reqlamentə əsasən, turnirə qatılacaq 16 komanda 4 qrupda gücünü yoxlayacaq. Qrupda ilk 2 yeri tutan klublar növbəti mərhələyə vəsiqə qazanacaqlar. “AtaHolding“dən “Kaspi”yə bildirilib ki, AFFA hakimlər briqadasının idarə edəcəyi yarışın artıq püşkatma mərasimi də keçirilib. Bu gün “AtaBank” ASC-nin baş ofisində hər bir komandanın üzvünün iştirakı ilə klublar öz rəqiblərini tanıyıblar.
Püşkə əsasən, ötən ilki çempion “No Name” finalda penaltilərlə məğlub etdiyi “AtaTexnologiya” ilə ən azı yarımfinala kimi bir-birinə rəqib olmayacaqlar. Turnirin rəsmi açılış mərasimi aprelin 19-da saat 12:00-da olacaq.
Qeyd edək ki, püşkatmanın nəticəsinə görə “A” qrupunda “No Name”, “VTB Bank”, “Sumqayıt”, “AtaSığorta”, “B” qrupunda MXD, “Synergetic”, “POS-Patrul”, “Black Wolfs”, “C” qrupunda “AtaCard”, “Gobustone”, “Titan”, “Synergy Shamkir”, “D” qrupunda isə “AtaTexnologiya”, “Cybernet”, “First United”, “Renaissance Construction” komandaları yarışacaqlar.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər