• cümə, 26 Aprel, 23:15
  • Baku Bakı 22°C

Millini daşıyan təyyarə alovlandı - Rusiyada

19.06.18 12:44 592
Millini daşıyan təyyarə alovlandı - Rusiyada
Səudiyyə Ərəbistanı millisini Uruqvayla oyun üçün Rostova aparan təyyarədə nasazlıq yaşanıb.
Motorda yaranan problem onun alovlanmasına gətirib çıxarıb. Bu səbəbədən də təyyarə təcili olaraq, eniş edib. Səudiyyə Ərəbistanı Futbol Federasiyası açıqlama verərək, hər şeyin qaydasında olduğunu bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisi A qrupunun ilk matçında turnirə ev sahibliyi edən Rusiyaya 0:5 hesabı ilə uduzub. Asiya təmsilçisi ikinci turda iyunun 20-də Uruqvayla qarşılaşacaq.
banner

Oxşar Xəbərlər