Millimizin iki futbolçusu Türkiyə klubunda

Millimizin iki futbolçusu Türkiyə klubunda

İdman
01 Fevral 2017, 12:10 664
Azərbaycan millisinin futbolçusu Ufuk Budakın yeni komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, "Kayserispor”dan ayrılan 27 yaşlı müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.
 
Ancaq Ufuk bundan sonra Superliqada deyil, I liqada çıxış edəcək. Sol cinah oyunçusu "Manisaspor”la anlaşıb. Manisa təmsilçisi qış fasiləsində 11-ci transferi olan Budakla mövsümün sonuna qədər müqavilə imzalayıb. Ufuk buna qədər Türkiyədə "Əskişəhərspor”, "Qaziantep Böyükşəhər Bələdiyyəspor” və "Kayserispor” formalarını geyinib.
 
Qeyd edək ki, "Manisaspor”un qış fasiləsində heyətinə qatdığı futbolçulardan biri də millimizin digər üzvü Uğur Pamuk olub.