• cümə, 26 Aprel, 16:08
  • Baku Bakı 23°C

Millimiz iki oyunda qalib oldu

19.01.15 10:21 968
Millimiz iki oyunda qalib oldu
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Macarıstan yığması ilə qarşılaşan futbolçularımız 3:1 hesabı ilə qələbə qazanıb.
Hikmət Bağırovun dubl etdiyi oyunda 1 dəfə Orxan Məmmədov fərqlənib.
Növbəti rəqib Birləşmiş Ərəb Əmirlikləri yığması olub. Millimiz bu oyunu da qələbə ilə başa vurub – 3:2. Bu qarşılaşmada Orxan Məmmədov dubl edib. Komandamızın digər qolunun müəllifi isə Sabir Allahquliyev olub. (AFFA)
banner

Oxşar Xəbərlər