AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Milli Qəhrəmanın qardaşı Ali Baş Komandana müraciət etdi

Milli Qəhrəmanın qardaşı Ali Baş Komandana müraciət etdi

Cəmiyyət
15 İyul 2020, 11:30 1219
Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin qardaşı, xüsusi xidmət orqanlarının ehtiyatda olan polkovniki Elcan Abdullayev Ali Baş Komandan İlham Əliyevə müraciət edib.

Müraciətdə deyilir: "Cənab Ali Baş Komandan! Bu günə qədər iştirak etdiyim müharibələrdən qazandığım döyüş təcrübəsi, nəinki, döyüş yoldaşlarıma, eləcə də çiyin-çiyinə 20 il birlikdə xidmət etdiyim xüsusi xidmət orqanları əməkdaşlarına və ön cəbhədə olan generallara və yüksək rütbəli zabitlərə də məlumdur. Sizə bildirmək istərdim ki, Vətənin bu ağır günündə bütün döyüş bacarığımı və təcrübəmi Vətənimiz, dövlətimiz və xalqımız üçün ön cəbhədə bir daha düşmənə qarşı döyüşdə istifadə edə bilmək mənim üçün şərəf olar. Cənab Ali Baş Komandan! Biz Sizin döyüş əmrinizi gözləyirik! Bugünlərdə Vətən uğrunda şəhid olan Azərbaycan oğullarına Allahdan rəhmət diləyirəm. Onların ailələrinə Allahdan səbr arzu edirəm! Bilirəm ki, bu gün ön cəbhədə mənim sizə müraciətimi görüb döyüşlərə ruh yüksəkliyi ilə atılacaq yüzlərlə hərbi qulluqçular var. Onlara bildirmək istəyirəm ki, Azərbaycan xalqı sizinlə fəxr edir! Gözünüz arxada qalmasın!"