• cümə, 26 Aprel, 17:14
  • Baku Bakı 23°C

“Milan”ın işini arbitraj palatasına göndərdilər

11.04.19 10:47 451
“Milan”ın işini arbitraj palatasına göndərdilər
UEFA-nın maliyyə məsələləri ilə bağlı istintaq palatası "Milan”a qarşı maliyyə feyr-pleyinə görə irəli sürülmüş ittihamın araşdırmasını yekunlaşdırıb.
Kaspi.az xəbər verir ki, iş arbitraj palatasına göndərilib. UEFA-nın saytında yayılan məlumatda bildirilir ki, "Milan” təşkilatın tələblərini yerinə yetirməyib.
UEFA bu işlə bağlı olaraq, "Milan”a Avropa Liqasındakı çıxışa görə verilməli olan 12 milyon avronun ödənilməsini dayandırıb.
"Milan” daha əvvəl Avrokuboklardan uzaqlaşdırılmışdı. Ancaq klub İdman Arbitraj Məhkəməsinə müraciət edərək qərarın dəyişdirilməsinə nail olmuşdu.
banner

Oxşar Xəbərlər