• cümə, 26 Aprel, 15:05
  • Baku Bakı 23°C

Messiyə irad - Sənin yerinə Ronaldo olsaydı, oynayardı

30.03.18 10:55 695
Messiyə irad - Sənin yerinə Ronaldo olsaydı, oynayardı
Argentina yığmasının sabiq qapıçısı Uqo Qatti Messi barədə gedən müzakirələrə qoşulub.
Kaspi.az xəbər verir ki, Qatti də Leoya irad bildirib. O, Messinin İspaniya ilə oyunda mütləq oynamalı olduğunu vurğulayıb. Qatti Leonu Kriştiano Ronaldo ilə müqayisə edib:
"Vətərdəki ağırlara baxmayaraq, Messi İspaniya ilə oyunda meydana çıxmalı idi. İnsanlar səni görmək istəyirdi. Belə situasiyada onun yerində Ronaldo olsaydı, mütləq meydana çıxardı.
Mən hesab etmirəm ki, Messi yeganə futbolçudur ki, Argentina yığması ondan asılıdır. Belə şeylərə inanmıram”.
Messi İtaliya və İspaniya ilə keçirilən yoxlama oyunlarında meydana çıxmayıb.
banner

Oxşar Xəbərlər