• cümə, 26 Aprel, 08:14
  • Baku Bakı 12°C

Messi Qrizmanna zəng etdi, vəd verdi

21.05.18 14:05 654
Messi Qrizmanna zəng etdi, vəd verdi
"Atletiko” rəhbərliyi israrla bildirir ki, Antuan Qrizmann komandada qalacaq.
Ancaq "Barselona”a rəhbərliyi də sakit dayanmır. Kataloniyalılar Qrizmannın transferini həll etmək üçün bütün mümkün variantlara əl atırlar.
Kaspi.az xəbər verir ki, bu məsələyə "Barsa”nın lideri Lionel Messi də qoşulub. O, Antuan Qrizmannla şəxsən söhbət edib.
Messi Antuana zəng edərək onunla danışıb. Leo fransız futbolçuya vəd verib ki, onu "Barselona”da böyük sevinclə qarşılayacaqlar.
"Atletiko” Qrizmanna yeni 5 illik müqavilə təklif edib. Yeni müqavilədə hətta ona "Barselona”nın təklif etdiyindən də artıq məvacib vəd olunub. Ancaq futbolçu hələ bu təklifi qəbul etməyib.
banner

Oxşar Xəbərlər