Messi qeyri-adi qol sevincini kimə həsr edib? - Video
"Barselona” İspaniya çempionatının 30-cu turunda "Sevilya”ya 3:0
hesabı ilə qalib gəlib.
"Barsa”nın lideri Lionel Messi bu qarşılaşmada dubl edib. Kaspi.az
xəbər verir ki, o, qol vurduqdan sonra sevincini qeyri-adi tərzdə nümayiş
etdirib. Leo iki barmağını sifətində gəzdirib.
Qarşılaşmadan sonra məlum olub ki, Messi vurduğu qolu xərçəng
xəstəliyindən əziyyət çəkən uşaqlara həsr edib. Argentinalı bu xəstəliklə
mübarizə aparan kompaniyanın rəsmi simasıdı.
Messi 25 oyunda 27 qol vurub, 8 qol ötürməsi edib.