Messi heç vaxt Maradona olmayacaq, xarizma yoxdur
Argentina
yığmasının sabiq fubolçusu Qabriel Batistuta Lionel Messi ilə Dieqo Maradonanı
müqayisə edib.
Kaspi.az
xəbər verir ki, Batistuta üstünlüyü Maradonaya verib. O, Messidə xarizmanın
çatışmadığını bildirib:
"Dieqo
Argentina futbolunun tarixində ən yaxşı futbolçudu. Onda xarizma və talant var
idi. Texniki keyfiyyətlərinə baxmayaraq, Messi Maradonanı üstələyə bilməz.
Lioneldə
Dieqoda olan xarizma yoxdur. Maradona poeziya, Messi nəsrdi. Leo
saysız-hesabsız qollar vurub. Amma hesab edirəm ki, o, heç vaxt Maradona ola
bilməyəcək”.