Messi 4-cü dəfə “Qızıl buts” alacaq
Noyabrın 24-də "Qızıl buts”un növbəti təqdimatı olacaq.
Kaspi.az xəbər verir ki, bu dəfə mükafat "Barselona”nın futbolçusu
Lionel Messiyə veriləcək. Təqdimat mərasimi Barselonada keçiriləcək.
Leo 4-cü dəfə bu mükafatı almaqla, Kriştiano Ronaldoua çatacaq. Messi
2016/17 mövsümündə 37 qol vuraraq, 74 xal toplayıb. O, Basa Dostanı və
Pyer-Emerik Obameyanqı geridə qoyub.
"Qızıl buts” mükafatı 1968-ci ildən verilir.