Məşhurluq mənə çox lazım olacaq - Debüt
Bu
günün gəncləri dünyaya inteqrasiya edir, onlar gözüaçıq,əzmkar
vəyaradıcılıq ruhu ilə yetişirlər. Zəmanəmizdə belə
gənclərinyetişməsi, fəaliyyət göstərdikləri sahədə uğura gedən yolun
işartılarından xəbər verir. "TƏK”Yaradıcılıq Platforması da
bunlardandır.Bu platformaya teatr, ədəbiyyat və kino
daxildir.İyunun 19-da platformanın ilk tamaşası - "İt ürəyi” nümayiş
olundu. Mixail Bulqakovun eyniadlı povesti əsasında qurulmuş tamaşanın müəllifi,
rejissor Asiman Ağa Rövşən redaksiyamızın qonağı oldu. Gənc aktyor, rejissor
bizimlə söhbətində "TƏK”in debütündən və çıxdıqları yoldan danışdı.
- Niyə "TƏK”dəsiniz?
-Çünki
"TƏK”birplatforma olaraq alternativ məkan, zəmin təqdimedir.
Dağlar Yusiflə mənim təsisçisi olduğumuzplatformanın istər teatr, istər
kino,istərsə də ədəbiyyatla məşğul olanhər birşəxsə qapıları
açıqdır. "TƏK” alternativ məkan olaraqyaradıldı. Yeni düşüncə üçün
birinci növbədə zəmin olmalıdır.Zəmin olmalıdır ki, düşüncə meydana
gəlsin.Əgər zəmin yoxdursa, düşüncədəortaya çıxa
bilməz.Hazırkı Azərbaycanteatr mühitiisəhəmin o yeni
düşüncə üçün lazım olan zəmini təşkil etmir.
-Hesab edirsiniz ki,
"TƏK”yaradıcılıqplatforması Azərbaycan incəsənətinə yeni baxış,
gənclik ruhu qatacaq?
-
Bəli.
-Bu inam hardan
qaynaqlanır?
-Bu
inam mövcud mühitdə olan bəzi anormallıqlara baxıb, ona qarşı çıxış etməkdən
qaynaqlanır. Buna özgüvən demək bir az tezdir. Bu,sadəcə bir
etirazdır.
-Və siz bu platforma
altındaetiraz edirsiniz.
-Etiraz
deyəndə, biz zatənalternativi yaradırıqsa, bunun özü bir etiraz deməkdir.
Dialektik bir məsələdir. Tezisolur,sonra ona qarşı antitezis
qoyulur, sonra bu toqquşmadan yeni fikir doğur. Biz hazırda antitezisi
qoymuşuq. Ortaya nə çıxacaq, onu zaman göstərəcək.
- "İt ürəyi” tamaşası"TƏK”in
debütü idi?
-Bəli,
indinövbətiişlərdəədəbiyyat və kinonu əhatə etməyə
çalışacağıq. Ola bilər ki,gələcəkdəburarəssamlıqvə
digərsənətsahələri də əlavə olunsun. Bir neçə, hətta bir-birinə
zidd düşünən beyinlərin bir yerdə oturub müzakirələr edəcəyi,fəlsəfi
debatların olacağı bir platformaya çevrilməlidirki, ortaya yeni
düşüncələr, yanaşmalar çıxa bilsin.
-Rejissoruolduğunuz tamaşada həm də aktyor
olmaq necə bir hissdir?
-Yaxşı
hiss deyil. Platformanın nümayəndələrindənolan Hacıbaba
Məmmədovtamaşadan sonrafikir bildirərkəndedi ki,"tamaşada
özünü toy yiyəsi kimi hiss edirdin”. Həqiqətən elə idi. Səhnədə olsam da,
diqqətim tamaşanın gedişatında idi. Narahat idim ki, görəsən hər şey
yolundadırmı?
-Yolunda getməyən nələrsə var
idi?
-
Aktyorlarbaxımdan rahat idim. Hər şey necənəzərdə tutmuşduqsa,elə
də getdi. Çünki mən aktyorlara güvənirəm.Biz onları seçəndə
peşəkarlıqlarını nəzərə aldıq. Nəticədə ortaya narazı qalacağımız bir şey
çıxmadı.
-Sizcə, yaradıcı gənclərə
özlərini realizə etmələri üçün yetərincə meydan verilibmi?Və
"TƏK”inyaranma zəmini buradan qaynaqlana bilərmi?
-Əslində
zəmin verilmədiyi üçün"TƏK” ortaya çıxıb. Heç nədən belə bir layihə
ərsəyə gələbilməzdi. Hər şey tələbatdan, ehtiyacdanyaranır. Mühitinyaratdığı
ehtiyac,tələbatbuna zəmin yaratdı.Bu mühit müəyyən gənclər
üçün deyil. O gənclər bura düşüb məhvola bilərlər. Təbii ki,
teatrlarımızda sağlam düşünən istər aktyor, istər rejissorlarımız
var.Ancaq onlar da təkdirlər.
- "TƏK”ə hansı gənclər gələ bilər?
-Düşüncəsindən,
yanaşmasındanasılı olmayaraq, hər bir gəncbizə qoşula
bilər.Bu nəinkigənclərə,yaşlı və orta nəsil nümayəndələrinə
dəaiddir."İt ürəyi”tamaşasında bütün nəslin nümayəndələri var
idi.
-Asiman yaxşı rejissordur,
aktyordur, yoxsa rəssamdır?
-Məncə,
Asiman daha çox yaxşı rejissordur.Rejissor özü bir ideoloqdur.Mən
uşaqlıdan hekayələr yazır, rəssamlıqvə musiqi ilə məşğul olurdum. Ancaq
zaman keçdikcə gördüm ki, burdan böyük kütləyə nəyisəçatdırmaq daha
çətindir. Odur ki, istər rəssamlığı, istərsə də musiqi duyumunu və yazmağı
özündə birləşdirən rejissorluğu seçdim.
- Və siz hekayə yazan rejissor olmağa
qərar verdiniz.
-
Əslində15 yaşımdan pyeslər, hekayələr yazmağabaşlamışam. Və zaman
keçdikcə düşündüm ki,sözümü daha böyük kütləyə demək üçünrejissor
olmalıyam. Uşaqlıqdan nəyisə qurub-quraşdırmağa meylli idim.Elə uşaq
yaşlarımdan özümdənoyunlar uydurur, həmin oyunlarınqaydalarını
iştirakçılara tətbiq edirdim. Bu dauşaqlara maraqlı gəlirdi
vəhamımız onu həvəslə oynayırdıq. Həmin oyunköhnəldikdə,yenisini
düşünürdüm.Bu gün hər hansı tamaşa üzərində çalışanda, o illəri və uşaq
yaşlarımda qurduğum oyunları xatırlayıram. Düşünürəm ki, elə hər şey də o
illərdən başlayır.Uşaq yaşlarımdan qurduğum oyunlar
indiAsimanıntopluma fikir çatdırma üsuludur. Teatrmənim üçün
bir tribuna əhəmiyyəti daşıyır. Mən o tribunadan yavaş-yavaşçıxış etməyə
başlayıram. Bu, artıq uşaq oyunu deyil.
-Bildiyim qədəri ilə, sizin
məqsədiniz pafosu kökündən qoparıb atmaqdır.Yəni hesab edirsiniz ki,
pafos teatra artıqlıq edir?
-Pafosu
kökündən qoparıb atmaq deməzdim. Müəyyən bir tamaşa ola bilər ki, rejissorun
yanaşması bu stilizasiyanı tələb edər. Pafos teatrda qadağanolunan bir
şeydeyil.Bəzənpafosunneqativtərəflərindən
danışırlar,əslindəpafos estetik olaraq aktyoru səhnədə şəklə
salanbir vasitədir.Odur ki, rejissor aktyordan pafos da tələb edə bilər.
Aktyor buna hazır olmalıdır, bacarmalıdır. Teatrda hər bir üsluba, formaya yer
var.
- Sizin əqidənizə görə, nəzəriyyəsiz
sənətcəfəngiyatdanbaşqa bir şey deyil.
-Burada
aktyor sənəti və rejissuraya dair nəzəri materiallardan söhbət gedir, hansı ki,
aktyor da, rejissor da bunları bilməlidir. Necə olur ki, başqapeşələrin
nümayəndələri birinci öznəzəriyyələrini A-dan Z-yə qədər
öyrənir,sonrao peşəyə yiyələnirlər. Məsələn, həkim öz işində nədən
çıxış edir? Təhsil aldığı ali təhsil ocağındaillər ərzində
öyrəndiyimənbələrdən. Bütün peşələrdə bunu qeyd edə bilərik. Və necə olur
ki,növbə aktyor və rejissora çatanda, bunu unuduruq? Bəyəm biz
həkimdən artığıq, ya müəllimdən üstünük? Bir çox sənətçilərimizin öz peşəsinin
elmini öyrənməməsinin alt qatında özünü digərlərindən artıq bilməsi dayanır.
Yəni mənim ehtiyacım yoxdur oxumağa, öyrənməyə, çünki seçilmiş adamam. İstedadı, yaradıcı düşüncəni
öz axarına buraxmaq olmaz. Onu texnika müşayiət etməlidir. Dünya çapında bir nəfər
belə olsun istedadlı, amma sənətinin texnikasına yiyələnməmiş nümunəvi sənətçi
tapa bilmərik. Peşəkarlıq nədir? Peşə vasitələrinə, yəni texnikaya yiyələnmək.
Amma bizdə yanaşma fərqlidir. Məsələn, aktyorun emosiyaya qapılmasına yüksək sənət
nümunəsi kimi baxılır. Halbuki aktyor emosiyaya qapılmamalı, əksinə, onu idarə
etməlidir. Sözsüz ki, peşə texnikasına yiyələnmiş aktyorlarımız var. Amma
bambılılıq, şüvənlik tamaşaçı tərəfindən əksər hallarda o qədər rəğbət qazanır
ki, sənətə gələn cavanlar bu üsulun uğurunu görüb ora meyllənir. Sənətdə olan
bu cür hallar sənəti banallaşdırır. Halbuki aktyor, rejissor xalq, bəşər
qarşısında məsuliyyət daşıyır, çünki bizim məşğul olduğumuz sənət estetik tərbiyəyə
xidmət edir. Lakin bu məsuliyyət banal sənətçilərin vecinə deyil. Onların
yanında nəzəriyyədən danışanda, qayıdırlar ki, bu, kimlərinsə fikirlərdi, öz
fikrin olsun. Bu, ona bənzəyir ki, təsəvvür edin, bir fizik Nyuton qanunlarından
danışarkən ona deyilir ki, öz fikrin olsun, bu, Nyutonun fikirləridir. İnanın,
fiziklər bu absurd iradı bildirən cahilin tikəsini bozon hissəcikləri boyda edər.
Di gəl, teatrda bu sayaq iradlar aktualdır. Çünki elmi yanaşma yoxdur. Əksər sənətçilər
məşğul olduqları sənətin elmini bilmir, öyrənmək istəmir, ümumiyyətlə elmi
yanaşmaya güvənmir, gedib abstraksiyaya qapılırlar. Hamısı "əsas istedaddı,
qalan hər şey boş şeydi” inancından irəli gəlir. Evimizi yıxıb bu düşüncə. Məşhur
"Disney", "Dreamworks" kimi nəhəng studiyalar öz cizgi filmlərində
personajları yaradarkən Stanislavski sistemindən istifadə edir. Onların hətta
cizgi film personajları belə düz yoldadı. Bizdə isə aktyor sənətinə dair elmi-nəzəri
mənbələrdən istifadənin doğru olub-olmaması hələ də müzakirə mövzusudur.
Biabırçılıqdır!
- Rejissor ilk növbədə nələri
bilməlidir?
-Rejissorun
dünyagörüşü geniş olmalıdır.Çünki bu,rejissorunbirbaşa
köməkçisidir, onun quracağı tamaşalar üçün baza əhəmiyyəti
daşıyır.Rejissorun malik olmalı olduğu 3 elementdən biri
dünyagörüşüdür.Digər ikisi onun aktyor bacarığı və nəzəriyyəni
bilməsidir. Bu üç elementdən biri əskikdirsə, o adam böyük mənada rejissor olan
deyil.
-Buna görəmi aktyor ixtisasına yiyələndikdən
sonra yenidən rejissorluq ixtisasında təhsil alırsınız?
-Aktyorluğusəhvən
oxumuşam.
- Səhvən oxumaq necə olur?
-Həyatda
ən çox qorxduğum şeylərdən biri imtahandır. İmtahan hər zaman mənə kabus kimi
görünüb.Hərbi xidmətdən geri döndükdən sonra sənədlərimi hazırlayıb
universitetə yollandım.Ordaiki qəbul otağı vardı - aktyorluq və
rejissorluq ixtisası üzrə imtahan otaqları.Bizim dövrdə isə ilk olaraq
qabiliyyət imtahanı verilirdi, daha sonra test imtahanından keçmək lazım idi.
Mənə dedilər,iki qabiliyyət imtahanından keç, birindən kəsilsən, o birinə
qəbul olarsan. Mən dəbirinci aktyorluğa, sonra rejissorluğa imtahan
verməyi qərara aldım.İmtahan zamanı keçirdiyim o həyəcanı görəndən sonra bir
də rejissorluq ixtisasının qabiliyyət imtahanınagirmək istəmədim. Açığı,
heç qabiliyyət imtahanına xüsusi cəhdlə hazırlaşmamışdım da.
-Sonra peşman oldunuz?
-Həm
hə, həm yox. Yox,ona görə ki,əməkdar artistSonaMikayılovanın
kursuna daxil oldum.Peşmanoldumonagörə ki, bu vaxt
ərzində rejissorluğu oxuyubqurtara bilərdim.
-Siz də ancaq öz dostlarına rol verən
rejissorlardan olacaqsınız?
-
Xeyr. Elə sonuncu tamaşanı götürək. Biz orada iştirak edən bir çox aktyorlarlaiş
əsnasında dostlaşdıq.
- Atanız Rövşən Ağayevdramaturq,
ananız əməkdar artist Güşfər Şərifova sayılıb-seçilən sənət adamlarındandır.
Yaradıcı bir ailədə doğulmaq necə hissdir?
-
Başqa alternativi yaşamamışam. Öz üzərimdən müqayisə apara bilmirəm. O qədər
yaradıcı ailədə doğulmayanistedadlıuşaqlar varki. Əgər
insanın içində istedad və öyrənmək həvəsi yoxdursa, heç bir şey köməkçi vasitə
kimi çıxış edə bilməz.
-Valideynlərinizin məşhur olması
sizin yolunuza işıq salırmı? Hansısa işlərinizin asanlaşması üçün yardımçınız
olubmu?
-Bu
günə qədər onların adından istifadə etməmişəm. Çətinliklərlə üzləşdiyim
anlarımolubki,orda atamın vəanamın adının
hesabınarahat şəkildəkeçə bilərdim.
Ancaqetməmişəm.Çünki bu, bir sınaq müddətidir və işlərimin
öhdəsindən özüm gəlməliyəm.
- Nə üçün valideynlərinizin yolunu
axıra qədər davam etdirmədiniz. Özünüzə ayrı bir cığır açmağa
çalışdınız.Ancaq onların yolu ilə getsəniz, uğura daha tez çatardınız.
-
Potensialımın hansı tərəfə olduğunu gördüm. Atamdanvə anamdangötürdüyüm
bəzi nüanslarvar.Misal üçün, ssenarilər,pyesləryazıram.
Müəyyən bir vaxtdan sonra onları da üzə çıxaracam.Aktyor kimi də
tamaşalarda, filmlərdə oynayıram. Aktyor həvəsimdə var, onu dana
bilmərəm.
- Daxilinizdəməşhurluq sevdası
varmı?
-
Məşhur olmağı heç zaman istəməmişəm. Təxmin edirəm ki, o çox çətin bir
şeydir.Ancaq oməşhurluqmənə çoxlazım olacaq. Çünki mən
daha geniş kütlələrəçıxıb,nəyisə bəyan etmək istəyirəm. Bunun
üçünməşhurluq mənim üçünvasitədir.Təəssüf ki, məşhur olmasan,
kütlə qarşındadediyin sözün kəsəri olmur. Kütlə ideallaşdırmağa,
kultlaşdırmağa meyllidir. Toplumun tələbatı,
düşüncəstrukturubelədir.
Xəyalə Rəis