• cümə, 29 Mart, 02:30
  • Baku Bakı 7°C

Məşhurluq mənə çox lazım olacaq - Debüt

29.06.19 11:00 10518
Məşhurluq mənə çox lazım olacaq - Debüt
Bu günün gəncləri dünyaya inteqrasiya edir, onlar gözüaçıq,əzmkar vəyaradıcılıq ruhu ilə yetişirlər. Zəmanəmizdə belə gənclərinyetişməsi, fəaliyyət göstərdikləri sahədə uğura gedən yolun işartılarından xəbər verir. "TƏK”Yaradıcılıq Platforması da bunlardandır.Bu platformaya teatr, ədəbiyyat və kino daxildir.İyunun 19-da platformanın ilk tamaşası - "İt ürəyi” nümayiş olundu. Mixail Bulqakovun eyniadlı povesti əsasında qurulmuş tamaşanın müəllifi, rejissor Asiman Ağa Rövşən redaksiyamızın qonağı oldu. Gənc aktyor, rejissor bizimlə söhbətində "TƏK”in debütündən və çıxdıqları yoldan danışdı.
- Niyə "TƏK”dəsiniz?
-Çünki "TƏK”birplatforma olaraq alternativ məkan, zəmin təqdimedir. Dağlar Yusiflə mənim təsisçisi olduğumuzplatformanın istər teatr, istər kino,istərsə də ədəbiyyatla məşğul olanhər birşəxsə qapıları açıqdır. "TƏK” alternativ məkan olaraqyaradıldı. Yeni düşüncə üçün birinci növbədə zəmin olmalıdır.Zəmin olmalıdır ki, düşüncə meydana gəlsin.Əgər zəmin yoxdursa, düşüncədəortaya çıxa bilməz.Hazırkı Azərbaycanteatr mühitiisəhəmin o yeni düşüncə üçün lazım olan zəmini təşkil etmir.
-Hesab edirsiniz ki, "TƏK”yaradıcılıqplatforması Azərbaycan incəsənətinə yeni baxış, gənclik ruhu qatacaq?
- Bəli.
-Bu inam hardan qaynaqlanır?
-Bu inam mövcud mühitdə olan bəzi anormallıqlara baxıb, ona qarşı çıxış etməkdən qaynaqlanır. Buna özgüvən demək bir az tezdir. Bu,sadəcə bir etirazdır.

-Və siz bu platforma altındaetiraz edirsiniz.
-Etiraz deyəndə, biz zatənalternativi yaradırıqsa, bunun özü bir etiraz deməkdir. Dialektik bir məsələdir. Tezisolur,sonra ona qarşı antitezis qoyulur, sonra bu toqquşmadan yeni fikir doğur. Biz hazırda antitezisi qoymuşuq. Ortaya nə çıxacaq, onu zaman göstərəcək.
- "İt ürəyi” tamaşası"TƏK”in debütü idi?
-Bəli, indinövbətiişlərdəədəbiyyat və kinonu əhatə etməyə çalışacağıq. Ola bilər ki,gələcəkdəburarəssamlıqvə digərsənətsahələri də əlavə olunsun. Bir neçə, hətta bir-birinə zidd düşünən beyinlərin bir yerdə oturub müzakirələr edəcəyi,fəlsəfi debatların olacağı bir platformaya çevrilməlidirki, ortaya yeni düşüncələr, yanaşmalar çıxa bilsin.
-Rejissoruolduğunuz tamaşada həm də aktyor olmaq necə bir hissdir?
-Yaxşı hiss deyil. Platformanın nümayəndələrindənolan Hacıbaba Məmmədovtamaşadan sonrafikir bildirərkəndedi ki,"tamaşada özünü toy yiyəsi kimi hiss edirdin”. Həqiqətən elə idi. Səhnədə olsam da, diqqətim tamaşanın gedişatında idi. Narahat idim ki, görəsən hər şey yolundadırmı?
-Yolunda getməyən nələrsə var idi?
- Aktyorlarbaxımdan rahat idim. Hər şey necənəzərdə tutmuşduqsa,elə də getdi. Çünki mən aktyorlara güvənirəm.Biz onları seçəndə peşəkarlıqlarını nəzərə aldıq. Nəticədə ortaya narazı qalacağımız bir şey çıxmadı.

-Sizcə, yaradıcı gənclərə özlərini realizə etmələri üçün yetərincə meydan verilibmi?Və "TƏK”inyaranma zəmini buradan qaynaqlana bilərmi?
-Əslində zəmin verilmədiyi üçün"TƏK” ortaya çıxıb. Heç nədən belə bir layihə ərsəyə gələbilməzdi. Hər şey tələbatdan, ehtiyacdanyaranır. Mühitinyaratdığı ehtiyac,tələbatbuna zəmin yaratdı.Bu mühit müəyyən gənclər üçün deyil. O gənclər bura düşüb məhvola bilərlər. Təbii ki, teatrlarımızda sağlam düşünən istər aktyor, istər rejissorlarımız var.Ancaq onlar da təkdirlər.
- "TƏK”ə hansı gənclər gələ bilər?
-Düşüncəsindən, yanaşmasındanasılı olmayaraq, hər bir gəncbizə qoşula bilər.Bu nəinkigənclərə,yaşlı və orta nəsil nümayəndələrinə dəaiddir."İt ürəyi”tamaşasında bütün nəslin nümayəndələri var idi.
-Asiman yaxşı rejissordur, aktyordur, yoxsa rəssamdır?
-Məncə, Asiman daha çox yaxşı rejissordur.Rejissor özü bir ideoloqdur.Mən uşaqlıdan hekayələr yazır, rəssamlıqvə musiqi ilə məşğul olurdum. Ancaq zaman keçdikcə gördüm ki, burdan böyük kütləyə nəyisəçatdırmaq daha çətindir. Odur ki, istər rəssamlığı, istərsə də musiqi duyumunu və yazmağı özündə birləşdirən rejissorluğu seçdim.

- Və siz hekayə yazan rejissor olmağa qərar verdiniz.
- Əslində15 yaşımdan pyeslər, hekayələr yazmağabaşlamışam. Və zaman keçdikcə düşündüm ki,sözümü daha böyük kütləyə demək üçünrejissor olmalıyam. Uşaqlıqdan nəyisə qurub-quraşdırmağa meylli idim.Elə uşaq yaşlarımdan özümdənoyunlar uydurur, həmin oyunlarınqaydalarını iştirakçılara tətbiq edirdim. Bu dauşaqlara maraqlı gəlirdi vəhamımız onu həvəslə oynayırdıq. Həmin oyunköhnəldikdə,yenisini düşünürdüm.Bu gün hər hansı tamaşa üzərində çalışanda, o illəri və uşaq yaşlarımda qurduğum oyunları xatırlayıram. Düşünürəm ki, elə hər şey də o illərdən başlayır.Uşaq yaşlarımdan qurduğum oyunlar indiAsimanıntopluma fikir çatdırma üsuludur. Teatrmənim üçün bir tribuna əhəmiyyəti daşıyır. Mən o tribunadan yavaş-yavaşçıxış etməyə başlayıram. Bu, artıq uşaq oyunu deyil.
-Bildiyim qədəri ilə, sizin məqsədiniz pafosu kökündən qoparıb atmaqdır.Yəni hesab edirsiniz ki, pafos teatra artıqlıq edir?
-Pafosu kökündən qoparıb atmaq deməzdim. Müəyyən bir tamaşa ola bilər ki, rejissorun yanaşması bu stilizasiyanı tələb edər. Pafos teatrda qadağanolunan bir şeydeyil.Bəzənpafosunneqativtərəflərindən danışırlar,əslindəpafos estetik olaraq aktyoru səhnədə şəklə salanbir vasitədir.Odur ki, rejissor aktyordan pafos da tələb edə bilər. Aktyor buna hazır olmalıdır, bacarmalıdır. Teatrda hər bir üsluba, formaya yer var.
- Sizin əqidənizə görə, nəzəriyyəsiz sənətcəfəngiyatdanbaşqa bir şey deyil.
-Burada aktyor sənəti və rejissuraya dair nəzəri materiallardan söhbət gedir, hansı ki, aktyor da, rejissor da bunları bilməlidir. Necə olur ki, başqapeşələrin nümayəndələri birinci öznəzəriyyələrini A-dan Z-yə qədər öyrənir,sonrao peşəyə yiyələnirlər. Məsələn, həkim öz işində nədən çıxış edir? Təhsil aldığı ali təhsil ocağındaillər ərzində öyrəndiyimənbələrdən. Bütün peşələrdə bunu qeyd edə bilərik. Və necə olur ki,növbə aktyor və rejissora çatanda, bunu unuduruq? Bəyəm biz həkimdən artığıq, ya müəllimdən üstünük? Bir çox sənətçilərimizin öz peşəsinin elmini öyrənməməsinin alt qatında özünü digərlərindən artıq bilməsi dayanır. Yəni mənim ehtiyacım yoxdur oxumağa, öyrənməyə, çünki seçilmiş adamam. İstedadı, yaradıcı düşüncəni öz axarına buraxmaq olmaz. Onu texnika müşayiət etməlidir. Dünya çapında bir nəfər belə olsun istedadlı, amma sənətinin texnikasına yiyələnməmiş nümunəvi sənətçi tapa bilmərik. Peşəkarlıq nədir? Peşə vasitələrinə, yəni texnikaya yiyələnmək. Amma bizdə yanaşma fərqlidir. Məsələn, aktyorun emosiyaya qapılmasına yüksək sənət nümunəsi kimi baxılır. Halbuki aktyor emosiyaya qapılmamalı, əksinə, onu idarə etməlidir. Sözsüz ki, peşə texnikasına yiyələnmiş aktyorlarımız var. Amma bambılılıq, şüvənlik tamaşaçı tərəfindən əksər hallarda o qədər rəğbət qazanır ki, sənətə gələn cavanlar bu üsulun uğurunu görüb ora meyllənir. Sənətdə olan bu cür hallar sənəti banallaşdırır. Halbuki aktyor, rejissor xalq, bəşər qarşısında məsuliyyət daşıyır, çünki bizim məşğul olduğumuz sənət estetik tərbiyəyə xidmət edir. Lakin bu məsuliyyət banal sənətçilərin vecinə deyil. Onların yanında nəzəriyyədən danışanda, qayıdırlar ki, bu, kimlərinsə fikirlərdi, öz fikrin olsun. Bu, ona bənzəyir ki, təsəvvür edin, bir fizik Nyuton qanunlarından danışarkən ona deyilir ki, öz fikrin olsun, bu, Nyutonun fikirləridir. İnanın, fiziklər bu absurd iradı bildirən cahilin tikəsini bozon hissəcikləri boyda edər. Di gəl, teatrda bu sayaq iradlar aktualdır. Çünki elmi yanaşma yoxdur. Əksər sənətçilər məşğul olduqları sənətin elmini bilmir, öyrənmək istəmir, ümumiyyətlə elmi yanaşmaya güvənmir, gedib abstraksiyaya qapılırlar. Hamısı "əsas istedaddı, qalan hər şey boş şeydi” inancından irəli gəlir. Evimizi yıxıb bu düşüncə. Məşhur "Disney", "Dreamworks" kimi nəhəng studiyalar öz cizgi filmlərində personajları yaradarkən Stanislavski sistemindən istifadə edir. Onların hətta cizgi film personajları belə düz yoldadı. Bizdə isə aktyor sənətinə dair elmi-nəzəri mənbələrdən istifadənin doğru olub-olmaması hələ də müzakirə mövzusudur. Biabırçılıqdır!


- Rejissor ilk növbədə nələri bilməlidir?
-Rejissorun dünyagörüşü geniş olmalıdır.Çünki bu,rejissorunbirbaşa köməkçisidir, onun quracağı tamaşalar üçün baza əhəmiyyəti daşıyır.Rejissorun malik olmalı olduğu 3 elementdən biri dünyagörüşüdür.Digər ikisi onun aktyor bacarığı və nəzəriyyəni bilməsidir. Bu üç elementdən biri əskikdirsə, o adam böyük mənada rejissor olan deyil.
-Buna görəmi aktyor ixtisasına yiyələndikdən sonra yenidən rejissorluq ixtisasında təhsil alırsınız?
-Aktyorluğusəhvən oxumuşam.
- Səhvən oxumaq necə olur?
-Həyatda ən çox qorxduğum şeylərdən biri imtahandır. İmtahan hər zaman mənə kabus kimi görünüb.Hərbi xidmətdən geri döndükdən sonra sənədlərimi hazırlayıb universitetə yollandım.Ordaiki qəbul otağı vardı - aktyorluq və rejissorluq ixtisası üzrə imtahan otaqları.Bizim dövrdə isə ilk olaraq qabiliyyət imtahanı verilirdi, daha sonra test imtahanından keçmək lazım idi. Mənə dedilər,iki qabiliyyət imtahanından keç, birindən kəsilsən, o birinə qəbul olarsan. Mən dəbirinci aktyorluğa, sonra rejissorluğa imtahan verməyi qərara aldım.İmtahan zamanı keçirdiyim o həyəcanı görəndən sonra bir də rejissorluq ixtisasının qabiliyyət imtahanınagirmək istəmədim. Açığı, heç qabiliyyət imtahanına xüsusi cəhdlə hazırlaşmamışdım da.

-Sonra peşman oldunuz?
-Həm hə, həm yox. Yox,ona görə ki,əməkdar artistSonaMikayılovanın kursuna daxil oldum.Peşmanoldumonagörə ki, bu vaxt ərzində rejissorluğu oxuyubqurtara bilərdim.
-Siz də ancaq öz dostlarına rol verən rejissorlardan olacaqsınız?
- Xeyr. Elə sonuncu tamaşanı götürək. Biz orada iştirak edən bir çox aktyorlarlaiş əsnasında dostlaşdıq.
- Atanız Rövşən Ağayevdramaturq, ananız əməkdar artist Güşfər Şərifova sayılıb-seçilən sənət adamlarındandır. Yaradıcı bir ailədə doğulmaq necə hissdir?
- Başqa alternativi yaşamamışam. Öz üzərimdən müqayisə apara bilmirəm. O qədər yaradıcı ailədə doğulmayanistedadlıuşaqlar varki. Əgər insanın içində istedad və öyrənmək həvəsi yoxdursa, heç bir şey köməkçi vasitə kimi çıxış edə bilməz.
-Valideynlərinizin məşhur olması sizin yolunuza işıq salırmı? Hansısa işlərinizin asanlaşması üçün yardımçınız olubmu?
-Bu günə qədər onların adından istifadə etməmişəm. Çətinliklərlə üzləşdiyim anlarımolubki,orda atamın vəanamın adının hesabınarahat şəkildəkeçə bilərdim. Ancaqetməmişəm.Çünki bu, bir sınaq müddətidir və işlərimin öhdəsindən özüm gəlməliyəm.

- Nə üçün valideynlərinizin yolunu axıra qədər davam etdirmədiniz. Özünüzə ayrı bir cığır açmağa çalışdınız.Ancaq onların yolu ilə getsəniz, uğura daha tez çatardınız.
- Potensialımın hansı tərəfə olduğunu gördüm. Atamdanvə anamdangötürdüyüm bəzi nüanslarvar.Misal üçün, ssenarilər,pyesləryazıram. Müəyyən bir vaxtdan sonra onları da üzə çıxaracam.Aktyor kimi də tamaşalarda, filmlərdə oynayıram. Aktyor həvəsimdə var, onu dana bilmərəm.
- Daxilinizdəməşhurluq sevdası varmı?
- Məşhur olmağı heç zaman istəməmişəm. Təxmin edirəm ki, o çox çətin bir şeydir.Ancaq oməşhurluqmənə çoxlazım olacaq. Çünki mən daha geniş kütlələrəçıxıb,nəyisə bəyan etmək istəyirəm. Bunun üçünməşhurluq mənim üçünvasitədir.Təəssüf ki, məşhur olmasan, kütlə qarşındadediyin sözün kəsəri olmur. Kütlə ideallaşdırmağa, kultlaşdırmağa meyllidir. Toplumun tələbatı, düşüncəstrukturubelədir.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər